“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun qəbul olunub | 1news.az | Xəbərlər
Rəsmi

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun qəbul olunub

23:30 - 28 / 04 / 2016
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun qəbul olunub

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunu qəbul edib.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, qanunda bildirilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 3, maddə 207, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749; 2014, № 7, maddə 757) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2.1-ci və 18-1.2.1-ci maddələrə “psixiatriya müəssisələrinə” sözlərindən sonra “, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə” sözləri əlavə edilsin.

2. 12.2.7-ci və 18-1.2.2-ci maddələrə “psixiatriya müəssisələrinin” sözlərindən sonra “, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin” sözləri əlavə edilsin.

1news.az

Paylaş:
1094

Son xəbərlər

Bütün xəbərlər