Salyan sakinini elektrik cərəyanı vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan sakinini elektrik cərəyanı vurub

1news Redaksiyası13:18 - 29 / 04 / 2016
Salyan sakinini elektrik cərəyanı vurub

Salyan rayonunda bədbəxt hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən adıçəkilən rayonun Pratmangəncəli kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Yaqut Kazımovanı evində elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər