Bakının hərəkətli küçələrindən birində təmir planlaşdırılır-Xəritə
Yaxın vaxtlarda “Azəravtoyol” ASC Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir işləri aparmağı planlaşdırır.
1news.az-a ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yol şəhər infrastrukturunun mərhələli yaxşılaşdırılması planına uyğun olaraq təmin olunacaq.
Qeyd edək ki, 2-ci və 3-cü mikrorayon 650 metrdir və “Memar Əcəmi” stansiyasından ( Cavadxan küçəsi) “Yeganə” şadlıq sarayına (Hüseyn Seyidzadə küçəsinin kəsişməsi) qədər davam edir.
Bakının bu hissəsi mağazalarla dolu olduğuna görə bura “Mikrarayon Bazarı” adlandırılıb. Onunla qonşu küçələrin hamısı yaxın müddətdə təmir olunub.
Leytenant Hüseynbala Əliyev qırıcı təyyarəçi idi. 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulub. 39 nömrəli ibtidai məktəbi bitirdikdən Sonra"Qırmızı dəmirçi" fabrik-zavod məktəbində (FZM) təhsil alıb. Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnib. 1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirib. BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etdib.
Hüseynbala Əliyev qırıcı təyyarəçi kimi 49 döyüş uçuşu keçirib.
18 iyul 1941-ci ildə düşmənin 3"Yunkers-88" təyyarəsi ilə döyüşə girərərək ağır yaralanıb. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdı. Buna baxmayaraq düşmən təyyarələrindən 2-sini vurmağa nail olur və öz təyyarəsini salamat yerə endirir. Daha sonra təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olub. Ölümündən sonra "Lenin ordeni" ilə təltif edilib.
1news.az