Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 300 nəfərədək şəxsi iş yerləri ilə təmin edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 300 nəfərədək şəxsi iş yerləri ilə təmin edib

13:32 - 29 / 04 / 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 300 nəfərədək şəxsi iş yerləri ilə təmin edib

Ək və Əhalinin Sosial dafiəsi Nazirliyi findən sosial dafiəsusi ehtiyacı olan işə lməkdə çətinlik çən şəxslərin kvota üzrə ayrılmış yerləri ilə min olunması ri davam etdirilir.

1news.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-mart aylarında bu kateqoriyadan olan 300 nəfərədək vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib. Həmin insanlardan 75 nəfəri əlilliyi olan şəxslər, 74 nəfəri qaçqın və məcburi köçkünlər, 62 nəfəri 20 yaşadək gənclər, 39 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərdir. Digərləri müharibə veteranları, şəhid ailəsi üzvləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış vətəndaşlardır.

Qeyd olunan şəxslər “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar hesab edilirlər. Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3%-i, 50-dən 100-dək olduqda 4%-i, 100-dən çox olduqda isə 5%-i miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilir.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər