Fuad Abbasov: “Mən Ihlas agentliyindən Qarabağla bağlı Azərbaycanın mövqeyini müdafiə etdiyimə görə çıxarıldım” | 1news.az | Xəbərlər
Siyasət

Fuad Abbasov: “Mən Ihlas agentliyindən Qarabağla bağlı Azərbaycanın mövqeyini müdafiə etdiyimə görə çıxarıldım”

17:06 - 29 / 04 / 2016
Fuad Abbasov: “Mən Ihlas agentliyindən Qarabağla bağlı Azərbaycanın mövqeyini müdafiə etdiyimə görə çıxarıldım”

Ihlas agentliyinin Moskvadakı əməkdaşı Fuad Abbasov  işdən azad olunma səbəbləri və gələcək planları haqqında danışdı. Azərbaycandan yardım istədi.

“Mən Rusiya telekanallarından birində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə etdikdən sonra Ihlas agentliyində işdən çıxarılmışam”,- deyə o, aprelin 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

“Bu bir növ arxadan zərbə idi”, -o, dedi.

Onun fikrincə, işdən çıxarılmasında başlıca rolu Rusiyadakı erməni lobbisi oynayıb. Onlar bunu Ihlas agentliyinin rəhbərliyindən istəyib.

Mövzu ilə əlaqədar oxuyun:

Fuad Abbasov: “Rusiya telekanallarında hər çıxışımdan sonra məni ölümlə hədələyirdilər”

“Mən düşünmürəm ki, konkret olaraq Rusiya tərəfi mənim işdən çıxarılmağımın arxasında durur. Mən 18 ildir ki, RF-də yaşayıram. Əgər Rusiya hökuməti məndən xilas olmaq istəsəydi, sadəcə olaraq deportasiya edərdi”,- o, bildirib.

Onun sözlərinə görə işdən çıxarılandan sonra ona müxtəlif türk kanallarından iş təklifləri gəlib.

“Mənim onlardan ürəyim qırılıb, ona görə də bütün təkliflərinə etiraz edirəm. Türkiyədə 80 milyon əhali var və orada məni əvəz edən şəxs tez tapılar. Mən öz vətənim üçün çalışmaq istərdim”, - F. Abbasov deyib.

Tanınmış jurnalist qeyd edib ki, Azərbaycandan dəstək gözləyir.

“Mən istərdim ki, RF-dəki fəaliyyətimi Azərbaycan dəstəkləsin”,- o deyib.

F.Abbasov həmçinin Rusiyadakı azərbaycanlı diasporanın birgə aliyyət göstərmədiyini  və erməni lobbisindən fərqli olaraq Rusiya KİV-ə heç bir təsinin olmadığını qeyd edib.

“Moskvada azərbaycanlı ekspertlər, jurnalistlər, politoloqlar çoxdur, onlara Rusiya kanallarında çıxış etmək imkanı yaratmaq lazımdır”, deyən jurnalist bildirib ki, bu  məsələ ilə məşğul olan vahid mərkəzin yaradılması vacibdir. 

Jurnalist onu da bildirib ki, erməni lobbisi Rusiyadakı KİV-dən Azərbaycan haqqında tamaşaçılarda mənfi fikir yaratmaq üçün istifadə edir.

“Son zamanlarda biz Rusiya kanallarında elə erməni ekspertlərə rast gəlirik ki, onları indiyə qədər heç vaxt görməmişik”,- tanınmış jurnalist bildirib.

Onun sözlərinə görə, Rusiya kanallarında müxtəlif siyasi debatlar zamanı o, həmişə tək olub.

“Rusiya telekanalındakı bir proqrama RF İslam Komitəsinin sədri Heydər Cemal gəlib. Elə düşündüm ki, onun iştirakı mənə müəyyən qədər kömək olar, lakin təəssüf ki, gözlədiyim nəticə olmadı. Ola bilsin ki, bu Heydər Camalın yaşı ilə əlaqədardır”,- F.Abbasov bildirib.

Jurnalist onu da bildirib ki, proqramların kamera arxası söhbətlərində Azərbaycanı təmsil etmək ona qadağan olunurdu, cünki , o, Türkiyə agentliyində çalışır deyə izah edirdilər.

“Rusiyanın “Siyasət” proqramında Azərbaycanın mövqeyini müdafiə etdiyim zaman aparıcı Aleksandr Qordon canlı efirdə sözümü kəsib bildirdi ki, mənim Azərbaycanı təmsil etməyə ixtiyarım yoxdur”, o bildirib.

1news.az

Paylaş:
1315

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər