Komitə sədri Şəki şəhərində vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Şəki şəhərində vətəndaşları qəbul edib

20:49 - 29 / 04 / 2016
Komitə sədri Şəki şəhərində vətəndaşları qəbul edib

Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəki şəhərində Yevlax Gömrük İdarəsinin “Şəki” gömrük postunun inzibati binasında vətəndaşları qəbul edib.

1news.az-ın məlumatına görə, qəbulda bölgədə yerləşən - Şəki, Oğuz, Qəbələ rayonlarının və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

1news.az

 

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər