Bakıda bir nəfər dənizdə batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir nəfər dənizdə batıb

11:55 - 30 / 04 / 2016
Bakıda bir nəfər dənizdə batıb

Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal FHN-nin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub.

Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
437

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər