Ramin Quluzadə Şamaxıda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Quluzadə Şamaxıda vətəndaşları qəbul edəcək

14:21 - 02 / 05 / 2016
Ramin Quluzadə Şamaxıda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərində  Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

1news.az-ın nazirliyə istinadla verdiyi xəbərə görə, görüş mayın 5-i saat 12:00-da təşkil olunacaq.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur:

Şamaxı rayonu:                02026 51466

Qobustan rayonu:            02024 52330

Ağsu rayonu:                   02022 65099

İsmayıllı rayonu:             02028 54444

1news.az

 

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər