Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

12:50 - 02 / 05 / 2016
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, mayın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 430 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 518 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Ötən günlər ərzində Qanıx çayının hövzəsinə yağan leysan xarakterli yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 132 sm artım  müşahidə olunub. Hazırda məntəqədə su sərfi 352 m3/s olmaqla, ongünlük normanın 178 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 155 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Salyanda isə 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2015-ci il mayın 02-də 333 sm), Salyanda 203 sm (2015-ci il mayın 02-də 184 sm), Bankədə 185 sm (2015-ci il mayın 02-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2015-ci il mayın 02-də 90 sm) təşkil edir.

1news.az

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər