Elmar Məmmədyarov Çexiyaya gedib
Xarici işlər naziri Elmar Məmmədyarov 4 may tarixində Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iclas çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
1news.az
1243