Azərbaycanda erməni hərbçilərin meyitləri yoxdur - Dövlət Komitəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda erməni hərbçilərin meyitləri yoxdur - Dövlət Komitəsi

13:51 - 03 / 05 / 2016
Azərbaycanda erməni hərbçilərin meyitləri yoxdur - Dövlət Komitəsi

Azərbaycan tərəfi aprel ayının əvvəlində Qarabağ münaqişəsi ərazisində baş verən atışma zamanı ölən  erməni hərbçilərin meyitlərini saxlamır.

Bu məlumat Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilib.

“Dövlət komitəsi bəyan edir ki, hal-hazırda respublikamızda erməni hərbçilərin meyitlərinin olmasdı ilə bağlı infomasiya yalandır, həqiqəti əks etdirmir”,- məlumatda bildirilir.

Dövlət Komitəsi qeyd edir ki, Azərbaycan Respublikası hər zaman  beynəlxalq humanitar hüquqa hörmətlə yanaşır və qısa zaman ərzində həlak olan insanların meyitinin qaytarılmasının tərəfdarıdır.

Qeyd edək ki, daha əvvəl Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova 1news.az-a bildirib ki, Ermənistanın qəbul etmək istəmədiyi erməni hərbçilərin meyitlərinin Azərbaycanda olması barədə məlumatı yoxdur.

Xatırladaq ki, daha əvvəl Azərbaycan KİV-də yayılan məlumata görə, Ermənistan Azərbaycan ərazisində ölən 6 nəfər hərbçisinin meyitini qəbul etməkdən imtina edib.      

1news.az

 

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər