“TRT World” kanalının reportajında ermənilərin mülki Azərbaycan əhalisinə qarşı vəhşilikləri diqqətə çatdırılır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“TRT World” kanalının reportajında ermənilərin mülki Azərbaycan əhalisinə qarşı vəhşilikləri diqqətə çatdırılır – FOTO

15:52 - 03 / 05 / 2016
“TRT World” kanalının reportajında ermənilərin mülki Azərbaycan əhalisinə qarşı vəhşilikləri diqqətə çatdırılır  – FOTO

Ermənistan silahlı bölmələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələrindən bəhs edən daha bir reportaj Türkiyənin “TRT World” kanalında yayımlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ermənilərin artilleriya zərbələri nəticəsində dağıntılarla yerində tanış olan xarici jurnalistlərin tərkibində Azərbaycanın cəbhə xətti yaxınlığında yerləşən bir neçə kəndində olan kanalın müxbiri reportajın əvvəlində tamaşaçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumatlandırır. O, Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etdiyini diqqətə çatdırır.

Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri cəbhə xəttində Azərbaycan tərəfə iriçaplı silahlardan atəş açaraq mülki əhalini qətlə yetirir, onlara böyük ziyan vurur. Azərbaycan Silahlı Qüvvələri ermənilərin bu atəşlərinin müqabilində onlara cavab zərbələri endirir.

Müəllif ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış, yanmış evlərlə bağlı kadrları tamaşaçıların diqqətinə çatdırır, ziyan çəkmiş, yaxınlarını itirmiş insanların şəkillərini əllərində tutan yerli sakinlərin erməni vəhşilikləri barədə müsahibələrini təqdim edir. Jurnalist bu sakinlərin öz yerlərində möhkəm dayandıqlarını, qorxmadıqlarını, torpaqlarını tərk etmədiklərini və döyüşə hər an hazır olduqlarını vurğulayır.

Müxbir cəbhə xəttində bir neçə kənddə, yaralıların müalicə aldıqları xəstəxanada olduqlarını diqqətə çatdırır. O, yaralıların bəzilərinin Bərdədəki tibbi mərkəzdə müalicə olunduqlarını qeyd edir.

Müəllif yerli və xarici jurnalistlərin cəbhə xəttinə yaxın kəndlərdən birində ermənilərin atəşləri nəticəsində dağılmış evlərə, məktəb binasına baxdıqlarını vurğulayır. O, məktəbin direktoru Aybəniz Məhərrəmovanın partlayış zamanı binanın necə silkələnməsi, dağılması, dərslərin yarımçıq qalması barədə fikirləri tamaşaçıların diqqətinə çatdırır.

Reportajda ötən illərdə Azərbaycanın öz ordusunu xeyli gücləndirdiyi vurğulanır.

1news.az

Paylaş:
618

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər