Türkiyənin bir sıra media orqanları Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfərinə geniş yer ayırıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin bir sıra media orqanları Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfərinə geniş yer ayırıb - FOTO

16:36 - 03 / 05 / 2016
Türkiyənin bir sıra media orqanları Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfərinə geniş yer ayırıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etmələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib.

1news.az-ın verdiyi xəbərə görə, Türkiyənin aparıcı media orqanları və bir sıra qəzetləri dövlətimizin başçısının cəbhə bölgəsinə səfərinin əhəmiyyəti barədə ölkə ictimaiyyətinə ətraflı məlumat verib.

Anadolu Agentliyi “Aliyev cephe hattında incelemelerde bulundu” başlıqlı məqalə ilə dövlət başçımızın əsgər və zabitlərlə çiyin-çiyinə dayanasının, silahlı Qüvvələr diqqət ayırmasından və yerli sakinlərə dəstək olmasından danışılır.

Zaman “Aliyev, cephe hattında incelemelerde bulundu” başlıqlı məqalə yazaraq dövlət başçımızın cəbhəyə səfərindən yazıb.

Cihan isə “Aliyev cephe hattında” başlıqlı foto-reportaj qeyd edib.

Yeni şafak “Aliyev'den cephe bölgesine destek” adlı məqalədə dövlət başçısının cəbhə bölgəsindəki əhaliyə dəstəyindən bəhs olunur.

Sabah “Aliyev, cephe hattında incelemelerde bulundu” adlı məqalə ilə Azərbaycan Prezidentinin aprelin 27-dən 28-nə keçən gecə erməni SQ-nın yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində dağılan evlərə baş çəkməsindən danışılır. 

Millyet “İlham Aliyev cephe hattında” Prezident İlham Əliyevin cəbhə xətti boyunca ermənilərin hücum nəticəsində evləri dağılan sakinlərə dəstəyindən danışılır.

Xüsusilə qardaş ölkə mətbuatı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəşlər nəticəsində yaralanan mülki şəxslərə baş çəkməsinə geniş yer ayırıb.

Yazılarda erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağdam və Tərtər rayonlarına əlavə vəsait ayrılması məsələsi də öz əksini tapıb. Həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycan tərəfinə vurduğu maddi zərər və dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər barədə rəsmi statistika da açıqlanır.

1news.az

Paylaş:
1056

Son xəbərlər

Bütün xəbərlər