Novruz Məmmədov: Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət daşımır | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət daşımır

17:21 - 03 / 05 / 2016
Novruz Məmmədov: Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət daşımır

"Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır".

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifi ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

- Novruz müəllim, iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə sizin münasibətiniz necədir?

- Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır. Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər.

1news.az

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər