İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsinə poçt markası buraxılıb
İsveçrədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə poçt markası buraxılıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın İsveçrədəki səfirliyindən bildiriblər ki, bu barədə razılaşma səfirliklə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və bu poçt markaları səfirlik tərəfindən istifadə ediləcək, eyni zamanda, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə buraxılmış poçt markalarının İsveçrənin poçt şöbələrində satışı ilə əlaqədar sözügedən müəssisə ilə danışıqlar da aparılır.
1news.az