Los Ancelesdə Azərbaycana dair kitabça nəşr olunub | 1news.az | Xəbərlər
Siyasət

Los Ancelesdə Azərbaycana dair kitabça nəşr olunub

11:03 - 03 / 05 / 2016
Los Ancelesdə Azərbaycana dair kitabça nəşr olunub

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Azərbaycana dair kitabça nəşr edilib.

1news.az xəbər verir ki, “Azerbaijan: Land of Hope, Tolerance and Inspiration” adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir.

Kitabçada, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət kimi inkişafı, əldə etdiyi uğurlar və regionun lider dövlətinə çevrilməsi qeyd olunur. Nəşrdə, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, “Cənub Qaz Dəhlizi” layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur.

Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən də danışılır.

Azərbaycanın zəngin mədəniyyətinin konkret faktlarla işıqlandırıldığı kitabçada, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin qorunmasında, təbliğində və dünyada tanıdılmasında oynadığı önəmli rol qeyd olunur.

Nəşrdə, həmçinin dövlət tərəfindən təhsil sahəsinə və sosial innovasiyalara göstərilən yüksək diqqət nəzərə çatdırılır. Bu qəbildən, Azərbaycanda 2004-cü ildən bəri 3000 yeni məktəbin tikilməsi və bütün regionun ən güclü universiteti olan ADA Universitetinin təhsil sahəsində əldə etdiyi uğurlar barədə söhbət açılır. Həmçinin, “ASAN Xidmət” mərkəzlərinin dövlət idarəçiliyində şəffaflığın yaradılmasında oynadığı mühüm rol vurğulanaraq, “ASAN Xidmət” təcrübəsinin digər ölkələr tərəfindən də öyrənildiyi bildirilir.

Nəfis şəkildə tərtib olunmuş kitabçada mövzulara uyğun rəngarəng fotoşəkillər də öz əksini tapıb.

Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.

1news.az

Paylaş:
454

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər