Ermənistan SQ-nin atəşinə məruz qalan cəbhəyanı rayonlardan fotoreportaj - FOTO
Aprel ayının əvvəlində və yaxın günlər ərzində qoşunların təmas xəttində növbəti təxribata əl atıb. Bu isə dinc sakinlərin ölümü, yaralanması, kənd evlərinin dağıdılması ilə nəticələnib.
Bəli, Azərbaycan ordusu düşmənə layıqli cavabı verib, lakin yaralanan insanlar, dağılan evlər həyətlər var.
Ağdam, Bərdə və Ağcabədi rayonlarında olan jurnalistlər öz gözləri ilə Ermənistanın Qarabağ münaqişəsi “sülh yolu ilə” necə həll etməyəcalışdığını görüb. Bu dağıdılmış evlərin damı altında dünənə qədər arilleriya atəşi, güllə səsləri altında günün başa vuran insanlar yaşayırdı. Onlar öz həyətlərində yaşayır, heyvanatı otarırlar. Onlar sadəcə normal həyat tərzlərini başamağa çalırıdı. Bu qeyri-adi səsələnsə də, onlar hər bir günlərini erməni gülləsinə məruz qalmaq ehtimalı ilə yaşayırdılar. Buradan ermənilərin silahı onlara tərəf yönəltdiyi mövqelər də aydın göre bilirdilər . Lakin ermənilər rahat yaşamağa imkan vermirdi. Erməni silahlıları hətta bir neçə baş heyvanı da azərbaycanlılara çox görürdü.
Bundan sonra erməni ordusu nə edə bilərdi? Azərbaycan ordusundan güclü olması mümkün deyil, bunu aprel ayının əvvəlində baş verən toqquşma da göstərdi, onlar da məcburən strateji yüksəkliklərdən geri çəkilməli oldu.
Məhz buna görə də çıxış yolunu ancaq evlərə, dinc əhaliyə, heyvanata zərərverməkdə görürlər. Bununla onlar insanlarımızı qorxudur, öz torpaqlarını tərk etməyə məcbur etmək istəyirlər. Əhali isə əksinə yenə də evlərini tikir, torpağını şumlayır, bağlarını salır, uşaqlar da yenə əvvəl olduğu kimi düşmənin nişangahı olmağına baxmayaraq oynayırlar.
Prezident İlham Əliyev cəbhəyanı bölgələrdə əhaliyə dəstək olmaq məqsədilə Tərtər, Bərdə, Ağdam rayonlarında yaralıları ziyarət edib, ermənilərin törətdiyi dağıntıları görüb və dinc əhali ilə söhbət aparıb. Bundan əlavə dövlət başçısı Tərtər və Ağdn rayonu sakinlərinə dəyən ziyanın qarşılanması üçün vəsaitin ayrılması ilə əlaqədar sərəncam imzalayıb.
Sərhədyanı ərazilərdən hazırlanan fotoreportaj dağıntıların miqyasını, yaralıları göstərməklə, həmdə ermənilərə görə “sülh nizamlanmasının” nə olduğu ilə bağlı aydın təsəvvür yaradır.
1news.az