BƏƏ Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük maraq göstərir | 1news.az | Xəbərlər
Siyasət

BƏƏ Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük maraq göstərir

12:24 - 03 / 05 / 2016
BƏƏ Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük maraq göstərir

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansuri ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşə görə Əl Mansuriyə təşəkkür edən səfir D. Şikarov Azərbaycan və BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və iki ölkənin xaqları və hökumətləri arasında çox gözəl münasibətlərin formalaşdığını bildirib. Qeyd edib ki, ölkələrimiz istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birinə dəstək olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitseprezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfərindən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Səfir, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı və ixracatın diversifikasiyası istiqamətində atılan addımlar barədə məlumat verib, həmçinin Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın birbaşa himayəsi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və dünyanın bir sıra digər ölkələrində həyata keçirilmiş sosial-mədəni layihələr haqqında danışıb.

Qeyd edib ki, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi, ticarət və investisiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır. İkitərəfli iqtisadi əlaqələrin inkişafında Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın (HMİK) xüsusi rolu var. Bu baxımdan, cari ildə HMİK-in növbəti, sayca altıncı iclasının təşkili əhəmiyyət kəsb edir.

İki ölkənin ticarət əlaqələrinin səviyyəsinə də toxunan səfir D. Şikarov bildirib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycan və BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon ABŞ dollarını ötsə də, bu göstərici mövcud potensiala cavab vermir. Halbuki, qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür. Ölkəmizdən xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün böyük potensial olduğunu deyən  səfir, Azərbaycanın təbii və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının BƏƏ bazarına daxil olması məsələsində müvafiq dəstəyin göstərilməsini xahiş edib.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan D.Şikarov qeyd edib ki, Azərbaycanda turizmin inkişafına son illərdə xüsusi diqqət göstərilib. Gözəl təbiəti, zəngin mədəniyyəti, mətbəxi və insanlarının qonaqpərvərliyi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Əlverişli iqlim şərariti və yaradılmış turizm infrastrukturu Azərbaycanda ilin dörd fəsli turizm fəaliyyətlərinin həyata keçirilməsinə imkan verir. Qəbələ, Şamaxı, Quba, Qusar, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin öz təbii gözəllikləri ilə BƏƏ-li turistləri valeh edəcəyindən əmin olduğunu deyən Səfir, yeni istifadəyə verilmiş “Şahdağ” turizm mərkəzinin qış turizmi üçün bütün regionun ən cəlbedici məkanına çevrildiyini vurğulayıb.

Səfir məmnunluqla əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-li turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Əvvəllər il ərzində cəmi 2500-3000 BƏƏ-li turist Azərbaycana səfər edirdisə, hazırda yalnız cari ilin mart ayında 3000-dən çox turist ölkəmizə səfər edib və əldə olumuş müsbət dinamika bu göstəricinin gündəngünə daha da artacağını deməyə əsas verir.

D.Şikarov həmçinin, artan ticarət, investisiya və turizm əlaqələrinə paralel olaraq hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, hazırda iki ölkə arasında həftədə cəmi 10 uçuşun mövcud olduğunu deyərək, bu uçuşların sayının yaxın vaxtlarda digər havayolu şirkətlərini də cəlb etməklə artırılmasının vacibliyini bildirib. Bu çərçivədə səfir, BƏƏ-nin “Emirates”, “Etihad” və “Arabian Airlines” kimi havayolu şirkətlərini ölkəmizə müntəzəm uçuşlara başlamağa dəvət edib.

Daha sonra D.Şikarov BƏƏ-li nazirin diqqətini Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib, BƏƏ tərəfinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verən ədalətli mövqeyinin təqdirlə qarşılandığını vurğulayıb. Nəzərə çatdırıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejim Azərbaycanın təbii sərvətlərini talan edərək qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmaqda və və öz məhsullarını dünya bazarlarına çıxarmağa cəhd etməkdədir. Bu baxımdan, bu kimi məhsulların BƏƏ bazarına idxal edilib edilməməsinin araşdırılması və varsa bu idxalın qarşısının tam şəkildə alınması üçün BƏƏ tərəfinə müraciət edilib.

Öz növbəsində BƏƏ iqtisadiyyat naziri Əl Mansuri səfir D.Şikarovu BƏƏ-yə təyinatı münasibətilə təbrik edərək uğurlar arzulayıb və gələcək fəaliyyətində ona dəstək olmağa hazır oduğunu deyib. Nazir bildirib ki, ölkəsi Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə rəhbərliyinin son bir ildə həyata keçirdiyi qarşılıqlı səfərlər zamanı bu əlaqələrin genişləndirilməsinin zəruriliyi bir daha bəyan edilib. İstər Azərbaycan, istərsə də BƏƏ qısa müddət ərzində böyük iqtisadi nailiyyətlərə imza adıb. İki ölkənin ticarət və investisiya sahələrində uğurla davam edən əməkdaşlığı var və bu əməkdaşlıq böyük potensiala malikdir.

Qeyd edilib ki, BƏƏ dünyanın özünə ən uzaq ölkələrindən kənd təsərrüfatı və ərzaq məhsulları idxal edir. Lakin Azərbaycan məhsulları öz təbiiliyi, keyfiyyəti və dadı ilə seçilir. Bu baxımdan, BƏƏ bazarının Azərbaycan məhsullarına açıq olduğunu deyən Əl Mansuri, xüsusilə ət məhsullarının idxalına ehtiyac duyulduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan məhsullarının BƏƏ bazarında uğurla rəqabət apara bilməsi üçün logistika yollarının inkişafı məsələsinə xüsusi diqqət yetirilməli, məhsulların qısa müddətdə etibarlı və ucuz nəqli təmin edilə bilməlidir. Bu çərçivədə, Azərbaycan – İran (Bəndər Abbas) – BƏƏ güzərgahı inkişaf etdirilə bilər.

BƏƏ vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı qərarı səbəbilə Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirən nazir, bu qərardan sonra həqiqətən də BƏƏ vətəndaşlarında Azərbaycana böyük marağın oyandığını və gündən-günə artan turist səfərlərinin bunun sübutu olduğunu deyib. Onun sözlərinə görə, yaranmış yeni bazar şəraiti iki ölkə arasında yeni hava səfərlərinin başlanılmasını labüd edir.

Nazir Əl Mansuri, işğal olunmuş Azərbaycan ərazilərində həyat keçirilən qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində istehsal olunan məhsulların BƏƏ-yə mümkün idxalı ilə bağlı məsələsinin diqqətdə saxlanılacağını və varsa belə halların qarşısının alınacağını vəd edib.

1news.az

Paylaş:
1428

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər