Bakıda yaşayan Ağcabədi sakinini evində qarət etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayan Ağcabədi sakinini evində qarət etdilər

15:14 - 04 / 05 / 2016
Bakıda yaşayan Ağcabədi sakinini evində qarət etdilər

Bakıda kirayə tutduğu evdə yaşayan Ağcabədi sakinini evində qarət ediblər.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, aprelin 30-da Ağcabədi rayon sakini Rafiq Məmmədovun paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı evə arxasınca girmiş naməlum şəxs onu bıçaqla hədələyib oradan 311 manat pul, mobil telefon və ətir aparıb.

Nizami polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran rayon sakini Mirsəmid Ağazadə tutulub.

1news.az

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər