Aydın Mirzəzadə: “İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri nümayiş etdirdi ki, o, xalqın yanındadır”
“Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri dövlət başçısına məxsus siyasi tərzdir”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Milli Məclisin Siyasi analiz və proqnozlaşdırma şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının icraçı katibi, siyasət elmləri namizədi Aydın Mirzəzadə bildirib:
“Dövlət başçısı müntəzəm olaraq cəbhəyanı bölgəyə səfər edir, döyüşə hazırlığın vəziyyəti ilə, eləcə də hərbçilərin sosial-məişət şəraitilə birbaşa tanış olur. Bundan əlavə o, Azərbaycan-Ermənistan təmas xəttinə yaxın ərazilərdə yaşayan yerli sakinlərin həyat şəraiti ilə də tanış olur”.
A.Mirzəzadə qeyd edib ki, Prezidentin son səfəri daha əlamətdar olub. Belə ki, bu səfər ermənilərin 2-5 aprel tarixlərində təmas xəttində baş verən təxribatlarından Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun birinci müdafiə xəttini qıraraq bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik üzərində nəzarəti ələ keçirməsindən sonra ilk səfəri deyil.
“Düzdür, qeyd etmək lazımdır ki, bu adi addım deyil, Azərbaycan Prezidentinin çox cəsarətli addımıdır. Belə ki, cəbhə xəttində gərginlik hələ də davam edir. Erməni silahlı qüvvələri hələ də atəşkəs rejimini pozaraq nəinki Azərbaycan Ordusunun mövqelərinə, hətta yaşayış məntələqələrini atəşə tutur. Bunun nəticəsində son günlərdə cəbhəyanı bölgələrdə yaşayan bir neçə dinc sakin həlak olub. Bu ərazidə normal həyat tərzi pozulub. Lakin cənab Prezident bu rayonlara səfər edərək bildirdi ki, hətta ən gərgin vəziyyətdə belə hər zaman xalqın yanındadır”.
Onun sözlərinə görə, Prezidentin cəbhəyanı bölgələrə səfəri bir daha sübut edir ki, İlham Əliyev təmas xəttində yaşayan sakinlərin vəziyyətini anlayır və onların həyəcanına şərik olur.
“Prezidentin Silahlı Qüvvələrimizin şəraiti, yerli vətəndaşların məişəti ilə yaxından tanış olması regiondakı vəziyyəti obyektiv qiymətləndirməyə imkan verdi. Xalq qarşısında çıxış edərək o, bildirdi ki, Azərbaycan heç vaxt ərazi bütövlyünün pozulması ilə barışmayacaq, Dağlıq Qarabağ probleminin tez həll olunmasına çalışacaq və əgər Ermənistan konstruktiv mövqe göstərərsə, o zaman daha da sarsıdıcı zərbələr alacaq”, - A.Mirzəzadə dedi.
A.Mirzəzadə bildirib ki, Bakıya dönən Prezident cəbhəyanı bölgələrdə ziyan dəymiş rayonlara maddi vəsaitin ayrılması üçün sərəncam imzalayıb.
“Hesab edirəm ki, Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri sübut etdi ki, o, vəziyyətə nəzarət edir və Azərbaycan xalqının ruh yüksəkliyinin təminedicisidir. Dövlət başçısı xalq arasında yüksək nüfuza malikdir. Bununla da o, bir daha Azərbaycan xalqının simasında ölkənin qarşısında dayanan problemin həllinə nail olmağın təkidliyini nümayiş etdirdi”.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Bərdə və Ağdam rayonlarında olub - FOTO
Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralılara baş çəkib – FOTO
Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub - FOTO
Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndinin sakinləri ilə görüş - FOTO
1news.az