Azərbaycan Kubokunun finalında “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Kubokunun finalında “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq

22:47 - 04 / 05 / 2016
Azərbaycan Kubokunun finalında “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

1news.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutub. Belə ki, Bakıda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərə qalan “Qəbələ” ilə “Neftçi”nin cavab görüşündə də eyni hesab qeydə alınıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən cütün taleyi penalti seriyasında həll edilib. Burada daha dəqiq olan “Neftçi” ilk olaraq finala vəsiqə qazanıb.

Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən “Qarabağ” “İnter”i sınağa çəkib. Gözlənildiyi kimi bu oyunda möcüzə qeydə alınmayıb. Cavab görüşündə də qalib gələn Ağdam klubu finalda “Neftçi”yə rəqib olub.

Beləliklə, ölkə kubokunun finalında Azərbaycanın iki ən köklü klubu – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək.

 

Azərbaycan kuboku

1/2 final, ilk oyun

4 may (çərşənbə)

 

“Qəbələ” – “Neftçi” - 1:1, pen. 3:4

Qollar: Ermin Zets, 76 - Ruslan Qurbanov, 59

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu

İlk oyun – 1:1

 

“Qarabağ” – “İnter” - 1:0

Qol: Migel Madera, 24

İstifadə edilməyən penalti: Vüqar Nadirov, 66 (qapıçı)

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
Masazır qəsəbə stadionu

İlk oyun – 4:0

1news.az

 

Paylaş:
907

Son xəbərlər

Bütün xəbərlər