Azərbaycanda cinayət törədən 71 nəfər tutulub
Respublikanın daxili işlər orqanları tərəfindən mayın 3-də 77 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 29-u “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 34 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 71 nəfər tutulub.
1news.az
554