“İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb – FOTO

14:33 - 05 / 05 / 2016
“İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb – FOTO

Mayın 5-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, mərasimdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində Respublika Müsabiqəsinin keçirilməsi təşəbbüsünün heç də təsadüfi yaranmadığını,  ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmağın və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq, intellektual və elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu vurğulayan komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır.

Komitə sədrinin sözlərinə görə, ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. O həmçinin qeyd edib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir.

R.Həsənov yerli sənayenin və ticarətin daha sürətlə inkişaf etdirilməsi məqsədilə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını xüsusi vurğulayıb. Aparılan islahatlar iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətli inkişafına xidmət edir. Müasir elmin sənayedə tətbiqi, müxtəlif sənaye mülkiyyəti obyektlərinin, ixtiraların praktiki istifadə mexanizmləri, patentlərin istifadəsi hesabına ixtiraçıların sosial vəziyyətlərinin yaxşılaşdırılması, bu sahədə stimullaşdırma tədbirlərinin gücləndirilməsi ilə bağlı layihələrin vacibliyini bildirən Ramiz Həsənov, bunun həm də ixrac qabiliyyətli məhsulların çeşidinin artırılmasına, ölkəyə valyuta axınının yüksəlməsinə və ümumilikdə elm tutumlu sənaye məhsulları hesabına qeyri-neft sektorunun davamlı inkişafına zəmanət verəcəyinə əminliyini bildirib..

Sonra qaliblərin mükafatlandırılması olub.

Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibitoru”, “4-Fenil-o-ftalodinitrilin alınma üsulu”, “Element kükürdün həll edilmə üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neftveriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün motor yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi”, “Погружной электродвигатель” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülüb. Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu yüksək qiymətləndirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə ölkəmizdə qeyri-neft sektorunun inkişafında əqli mülkiyyətin rolunu və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kursun müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildirib.

1news.az

 

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər