Mikayıl Cabbarov: “Müəllimlərin əməkhaqları onların peşəkarlıq səviyyəsinə uyğun olaraq veriləcək”
“Müəllimlərin diaqnostik qiymətləndirilməsi bütün respublika üzrə aparılacaq”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda mayın 5-də Gülüstan Sarayında Azərbaycanın ümummili lideri Heydər Əliyevin anadan olmasının 93-cü ili ilə bağlı keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərini müafatlandıran zaman təhsil naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, gələcəkdə müəllimlərin əmək haqları onların peşəkarlıq səviyyəsinə uyğun olaraq veriləcək:
“Son iki il ərzində müəllimlərin fəaliyyətinin stimullaşdırlması üçün bir sıra tədbirlər həyata keçirilib”.
M.Cabbarovun sözlərinə görə, müəllimlərin diaqnostik bilik və bacarıqlarının qiymətləndirilməsi zamanı 2014-cü ildə 30 min, 2015-ci ildə isə 26 min müəllim iştirak edib.
“Bununla da, respublika üzrə müəllimlərin tədris yükü 40% artaraq əməkhaqlarının da iki dəfə çoxalmasına səbəb olub. Beləliklə, müəllimlərin əməkhaqqı bütün respublika üzrə orta səviyyəyə yüksəlib”.
1news.az