Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Göygöl rayonunda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Göygöl rayonunda vətəndaşları qəbul edib

16:38 - 05 / 05 / 2016
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Göygöl rayonunda vətəndaşları qəbul edib

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Göygöl rayonunda vətəndaşları qəbul edib.

1news.az-a TQDK-dan verilən xəbərə görə, qəbulla bağlı vətəndaşlara kütləvi informasiya vasitələri və Komissiyanın internet resursları vasitəsilə əvvəlcədən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytında, TQDK-nın Gəncə regional bölməsində və müvafiq rayonların təhsil şöbələrində qeydiyyatı aparılıb.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Göygöl rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Qəbulda Gəncə, Daşkəsən, Samux, Gədəbəy, Göygöl rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, dövlət qulluğuna, orta ixtisas təhsil müəssisələrinə qəbul qaydaları, buraxılış imtahanları, elmi-metodik seminarlar və s. məsələlərə dair Şura sədrinə rəy və sorğularını bildiriblər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyat aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Qeyd edək ki, qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Vətəndaşların qəbulundan sonra M.Abbaszadə cəbhədəki son hadisələr zamanı şəhid olan, Azərbaycan Ordusunun əsgəri Bağırov Sərxan Azər oğlunun ailəsinə baş çəkib. Şəhid ailəsinə başsağlığı verən sədr onların dərd-qəminə şərik olduğunu, diqqət və qayğısını əsirgəməyəcəyini vurğulayıb.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər