Nazir: “Təhsilin inkişafı üçün yeni yanaşmalar tətbiq olunmalıdır”
Respublikadakı yüksək demoqrafik vəziyyət son illər ərzində birinci sinfə gedən uşaqların sayının artdığını göstərir.
1news.az-ın məlumatına görə, bu haqda təhsil naziri Mikayıl Cabbarov 5 may tarixində Gülüstan sarayında keçirilən “Ən yaxşı prezentasiya” müsabiqəsinin mükafatlandırma mərasimində çıxışı zamanı bildirib. Şagirdlərin sayının hər il artdığını deyən nazir peşəkar texniki təhsilin inkişafının, eləcə də təhsil sahəsində yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyi ilə əlaqədar olaraq təşkil olunmuş bu müsabiqə 9-11 –ci sinif şagirdləri arasında keçirilib.
Nazirin sözlərinə görə, əgər 2013-cü ildə birinci sinfə 138 min nəfər uşaq gedirdisə, 2014-cü ildə onların sayı 152 min, 2015-ci ildə 157 min, bu il isə 165 min nəfər olub.
Gələcək 5 il ərzində təhsil müəssisələrində oxuyan şagirdlərin sayı 30 faiz artacaq.
Nazir həmçinin təhsil sahəsinin inkişafı üçün yeni yanaşmaların olmasının vacibliyini vurğulayıb.
“Peşəkar təhsil sistemini, doğru idarəetməni yenidən təşkil etmək, peşəkar- texniki təhsil proqramını hazırlamaq üçün Təhsil Nazirliyi yeni strukturun yaradılması təklifi ilə çıxış edib.
Bu yaxınlarda Azərbaycan prezedenti İlham Əliyev Təhsil Nazirliyi nəzdində peşə təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Onun sözlərinə görə, yeni struktur peşəkar texniki təhsil sahəsində yeni model peşəkar –texniki təhsil sahəsində yeni idarəetmə modelinin yaranması effektivliyin yüksəlməsi, yeni kardların yaranmasına səbəb oldu.
M. Cabbarov onu da qeyd etdi ki, müəllim peşəsinin nüfuzunun yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir, müəllimlərin bilik və bacarıqlarının artırılması üçün mexanizmlər tətbiq olunur.
1news.az