Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilib
Prezident İlham Əliyev Y.Ə.Məmmədovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yusif Əbülfət oğlu Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilsin”.
1news.az
1063