Efiopiya mətbuatında erməni yalanları ifşa edilib | 1news.az | Xəbərlər
Siyasət

Efiopiya mətbuatında erməni yalanları ifşa edilib

10:42 - 05 / 05 / 2016
Efiopiya mətbuatında erməni yalanları ifşa edilib

Efiopiyadakı erməni icmasının yerli ictimaiyyəti aldatmaq və onlara heç bir tarixi faktlara əsaslanmayan saxta məlumatları təqdim etmək cəhdləri ifşa edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayevin bu ölkənin aparıcı mətbu orqanlarından biri olan “The Reporter” qəzetində Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı şərhlərinə cavab olaraq erməni icmasının “Modus Vivendi” Tədqiqat Mərkəzinin rəhbəri Ara Papiyan saxta faktları həmin media orqanına təqdim edib.

Buna cavab olaraq siyasi şərhçi Vüqar Seyidov “The Reporter” qəzetində tarixi faktlara və beynəlxalq sənədlərə əsaslanan “Münaqişənin həllində hüquqi əsaslar: bir əsrlik ölü sənədlər və saxtakarlıqlar BMT-in qətnamələrinə qarşı” adlı məqalə ilə çıxış edib.

Məqalədə rusiyalı, həmçinin digər əcnəbi tarixçilərə istinad edən V.Seyidov ermənilərin Cənubi Qafqaza köçürülmələrinin əsas məqsədinin regionda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi olduğunu qeyd edib. Tarix boyu azərbaycanlıların məskunlaşdığı ərazilərdə soydaşlarımıza qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayan V.Seyidov erməni tərəfinin tarixi faktları saxtalaşdırmaq və yerli Efiopiya ictimaiyyətini aldatmaq niyyətini üzə çıxarıb, ermənilərin tarixi faktları bilərəkdən təhrif etdiyini oxucuların diqqətinə çatdırıb.

Məqalənin sonunda siyasi şərhçi keçmiş erməni diplomatına saxta sənədlərə yox, Ermənistanın Azərbaycana qarşı işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad etməsini, işğalçı ölkənin bu qurumun qətnamələrini yerinə yetirməsini, müasir beynəlxalq hüququn mahiyyətini dərk etməyi tövsiyə edib.

1news.az

 

Paylaş:
566

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər