Binəqədidə yanğından mühafizə bölməsinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə yanğından mühafizə bölməsinin açılışı olub

11:15 - 05 / 05 / 2016
Binəqədidə yanğından mühafizə bölməsinin açılışı olub

Mayın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.

1news.az-ın verdiyi xəbərə görə, açılış mərasimində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov iştirak ediblər.

Məlumat verilib ki, 38 nəfərlik şəxsi heyəti olan bölmə Mehdiabad və Binəqədi qəsəbələri, Balaxanı və Novxanı istiqamətlərində olan yaşayış məntəqələri və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Bölmənin üç çıxışlı inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub. Burada şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa edilib. İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var. Bölmə ən müasir iki yanğınsöndürmə avtomobili ilə təmin olunub.

Həmin gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 22 nömrəli yanğından mühafizə bölməsinin də açılışı olub.

Açılış mərasimində məlumat verilib ki, 38 nəfərlik şəxsi heyəti olan bölmə Pirşağı, Kürdəxanı, Fatmayi qəsəbələrindəki yaşayış məntəqələrinin və sənaye obyektlərinin mühafizəsi üçün nəzərdə tutulub. Üç çıxışlı binada ən yüksək standartlara cavab verən müasir avadanlıq quraşdırılıb. Şəxsi heyətin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa edilib.

İnzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana var.

Bu bölmə də ən müasir iki yanğınsöndürmə avtomobili ilə təmin olunub.

1news.az

Paylaş:
1152

Son xəbərlər

Bütün xəbərlər