ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” layihəsini dəstəkləyirlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” layihəsini dəstəkləyirlər

11:46 - 05 / 05 / 2016
ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” layihəsini dəstəkləyirlər

ABŞ və Avropa İttifaqı “Cənubi Qaz Dəhlizi” də daxil olmaqla Avropadakı bir sıra enerji infrastruktur layihələrini dəstəkləyirlər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-Avropa İttifaqı Energetika Şurasının bəyanatında deyilir. Bildirilir ki, şura “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası daxil olmaqla “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.

Şuranın iclası mayın 4-də ABŞ dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin sədrliyi ilə Vaşinqtonda keçirilib. Şura həmçinin Yunanıstan-Bolqarıstan dövlətlərarası konnektorunun (Interconnector-Greece-Bulgaria (IGB), Xorvatiya və Yunanıstanda mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) terminallarının inşasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

1news.az

Paylaş:
632

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər