Milli Məclis Ali Məhkəmənin hakimlərini təsdiq edib
Milli Məslisin plenar iclasında Ali Məhkəmənin hakimlərinin təsdiq edilməsilə bağlı müzakirələr aparılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə iclasda çıxış edən Hüquq siyasəti və dövlər quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunlayihəsi səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitmiş Qüdrət Əsgərov, Vəfaəddin İbayev və Zakir Quliyevi hakim olaraq bir daha seçməyə imkan verir.
Ə.Hüseynli həmçinin bildirib ki, bu hakimlərin təyinatı müddətsiz olmalıdır.
Məsələ səsvermə yolu ilə qəbul edilib.
1news.az
595