Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
1news.az-ın XİN-in mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.
Səfir İrfan Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi.
1news.az
455