Şəmkirdə ikimərtəbəli ev və mağaza yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə ikimərtəbəli ev və mağaza yanaraq kül oldu

09:24 - 06 / 05 / 2016
Şəmkirdə ikimərtəbəli ev və mağaza yanaraq kül oldu

Şəmkir rayonunda evlərin birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə sözügedən rayonun Düyərli kəndində (rayon mərkəzindən 20 km aralı) qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
717

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər