Lənkəranda “VAZ” yanaraq yararsız hala düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda “VAZ” yanaraq yararsız hala düşüb

10:19 - 06 / 05 / 2016
Lənkəranda “VAZ” yanaraq yararsız hala düşüb

Lənkəran rayonunda evlərdən birinini həyətində saxlanılan avtomobil yanaraq yararsız hala düşüb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Lənkəran rayonu, Şiləvar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 145 kv.m olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər