Gəncədə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olunub - FOTO

00:10 - 06 / 05 / 2016
Gəncədə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olunub - FOTO

“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində mayın 5-də Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşün moderatoru Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibi Andras Farkas Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsi ilə bağlı keçirilən tədbirlərin faydalı və maraqlı olduğunu bildirib. O, təşkilatçılığın yüksək səviyyədə olduğunu xüsusi qeyd edib.

Sonra “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin bu ada layiq görülməsindən fəxr etdiyini bildirib, layihə çərçivəsində həyata keçiriləcək işlərdən danışıb. İl ərzində bununla bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayan Elmir Vəliyev Gəncənin Avropanın Gənclər Paytaxtı adına layiq görülməsində ölkəmizin beynəlxalq nüfuzunun rolunu qeyd edib.

İctimai Birliyin sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi regionların inkişafı və gənclər siyasəti barədə də məlumat verib.

Digər şəhərlərin nümayəndələri də tədbirlərin yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu cür görüşlərin əhəmiyyətindən danışıb, Gəncədə onlara göstərilən qonaqpərvərlikdən razılıqlarını ifadə ediblər.

Görüşdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
724

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər