“Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcək

12:18 - 06 / 05 / 2016
“Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcək

9-10 may tarixlərində “Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcək.

Gənclər və İdman Nazirliyindən 1news.az-a verilən məlumata görə, tədbirin proqramına əsasən 9 may saat 16:00-dan 17:00-dək iştirakçı komandalar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

10 may saat 10:00-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçiriləcək və yarışının qalibləri həmin gün müəyyənləşəcək.

Qeyd edək ki, 1996-cı ildən keçirilən “Şahin” hərbi-idman oyununda VIII və X sinif şagirdləri iştirak edir. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar.

Bakı şəhəri üzrə keçirilən zona birinciliyində I,II və III yerləri tutmuş komandalar, digər 8 zonanın hər birindən isə I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanırlar.

Komandanın tərkibi 14 nəfərdən (10 oğlan 4 qız) ibarətdir. Final yarışında 19 komandanın iştirakı nəzərdə tutulub. Bu tədris ilində oyunların keçirilməsinin 20 illiyi tamam olur.

1news.az

Paylaş:
516

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər