ANAMA üç rayonda 8 ev və 15 partlayış yerində yoxlama aparıb | 1news.az | Xəbərlər
Siyasət

ANAMA üç rayonda 8 ev və 15 partlayış yerində yoxlama aparıb

00:50 - 07 / 05 / 2016
ANAMA üç rayonda 8 ev və 15 partlayış yerində yoxlama aparıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

1news.az "Report"a istinadən xəbər verir ki, ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 6 may tarixində Agentlik tərəfindən 8 ev, 3 əkin sahəsi, 15 partlayış yeri yoxlanılıb, 30 680 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 17 000 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 5 300 kv. m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Qaynaq kəndi – 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 950 kv. m ərazi təmizlənib.

Cəmi:5 ev və həyətyanı sahə, 1 əkin sahəsində 10 partlayış yeri aşkar edilib və 23 250 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 430 kv. m ərazi təmizlənib.

Cəmi:2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilib və 430 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 7 000 kv. m ərazi təmizlənib.

Cəmi:3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilib, 7 000 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 6 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 434 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
845

Son xəbərlər

Bütün xəbərlər