Bakıda Azərbaycan-Qətər biznes forum keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Qətər biznes forum keçirilib - FOTO

15:40 - 10 / 05 / 2016
Bakıda Azərbaycan-Qətər biznes forum keçirilib - FOTO

Mayın 10-da Bakı Biznes Mərkəzində Qətər Dövlət İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Ali Əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Qətər işgüzar görüşü keçirilib.

1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası ilə Qətər Əmirliyi arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulanıb. Azərbaycan və Qətər arasında hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrup fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüşlər təşkil olunur. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Niyazi Səfərov Şeyx Əbdüləziz Ali Əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

Tədbirdə Qətər nümayəndə heyətinə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə geniş məlumat verilib.

Qətər Dövlət İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Ali Əl-Tanini iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın iqtisadi uğurlarının qətərli iş adamlıarı tərəfindən də yüksək qiymətləndirildiyini, hər iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Hüseyn Paşayev qurumun fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Sonunda Qətər İnvestisiya Qurumunun analitiklərinin sualları cavablandırılıb.

1news.az

Paylaş:
845

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər