Türkiyə vətəndaşını Bakıda döydülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə vətəndaşını Bakıda döydülər

13:35 - 11 / 05 / 2016
Türkiyə vətəndaşını Bakıda döydülər

Polis əməkdaşları Türkiyə vətəndaşını Bakıda döyən şəxsləri saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, mayın 9-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zafer Türkəlini döyüblər.

Binəqədi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev və P.Dadaşov tutulublar.

1news.az

Paylaş:
810

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər