Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb

16:59 - 11 / 05 / 2016
Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb

2016-cı ilin aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10945 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2484-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8461-i isə regionların payına düşür.

1news.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, beləliklə ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb.

Onu da qeyd edək ki, 01 may 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər