Ötən ay Azərbaycanda ərzaq məhsullarının qiymətləri 12,2% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən ay Azərbaycanda ərzaq məhsullarının qiymətləri 12,2% artıb

13:39 - 12 / 05 / 2016
Ötən ay Azərbaycanda ərzaq məhsullarının qiymətləri 12,2% artıb

2016-ilin yanvar-aprel aylarında istehlak hsulların xidmətlərin qiymətləri 2015-ci ilin eyni vrünisbən 10,5%, o mlən ərzaq hsulların qiymətləri 12,2%, qeyri-ərzaq hsulların qiymətləri 15,2%, əhaliyə stərilən önişli xidmətlərin qiymətləri 4,2% artıb.

1news.az Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

1news.az

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər