Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib-FOTO

23:37 - 11 / 05 / 2016
Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib-FOTO

Mayın 11-də IDEA-Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Son hədd” (The End of the line) sənədli filminin premyerası keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Azərbaycanda böyük səhnədə ilk dəfə təqdim olunan “Son hədd” filmi Böyük Britaniyanın dəniz ətraf mühitinin mühafizəsi üzrə məşhur təşkilatı “Mavi Dəniz Fondu” (“Blue Marine Foundation”) tərəfindən çəkilib və IDEA İctimai Birliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizdə nümayış etdirilib.

Təqdimatdan əvvəl çıxış edən “Mavi Dəniz Fondu”nun layihələr üzrə direktoru Rori Mur dəniz ətraf mühitinin əhəmiyyəti və bu mövzuya həsr olunan filmin ərsəyə gəlməsi barədə məlumat verib.

Rori Mur  IDEA və “Mavi Dəniz Fondu” arasında əməkdaşlıq, o cümlədən dəniz ətraf mühitinin mühafizəsi və bərpası istiqamətində həyata keçirilən layihə barədə məlumat verib. O, dəniz faunasının qorunması baxımından göstərdiyi dəstəyə görə IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevaya təşəkkürünu bildirib.

Filmin təqdimatından sonra “Nizami” Kino Mərkəzində dəniz ətraf mühitinin mühafizəsi mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olub.

1news.az

Paylaş:
583

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər