“Neft Daşları” yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündən 2297 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
1news.az-ın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2295-2276 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib.
Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
1news.az
617