Berlində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Berlində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

00:34 - 12 / 05 / 2016
Berlində Ulu Öndər Heydər Əliyevin  xatirəsi anılıb

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.

1news.az xəbər verir ki, qonaqları salamlayan ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində yeri və rolundan danışib. Səfir bildirib ki, Ermənistanın təcavüzü və daxildəki hərc-mərclik nəticəsində 90-cı illərin əvvəllərində gələcəyi qaranlıq görünən ölkəmiz məhz Heydər Əliyevin apardığı uzaqgörən dövlət quruculuğu islahatları nəticəsində regionda aparıcı gücə çevrilib. Heydər Əliyev şəxsiyyətini xarakterizə edən səfir, onun hər zaman, ən çətin məqamlarda da xalqının yanında olduğunu və hətta sovet dönəmində də ölkəsinin vətənpərvər lideri olduğunu vurğulayıb.

Pərviz Şahbazov bildirib ki, Ümummilli Lider Azərbaycan xalqına uzaqgörən zəka ilə düşünülmüş daxili və xarici siyasət miras qoyub. Azərbaycan bu gün də onun yolunu davam etdirir, regionda sabitliyə və inkişafa xidmət edən irimiqyaslı layihələr həyata keçirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Ermənistanın hazırki status kvonu saxlamaq üçün hər vasitəyə əl atdığını vurğulayıb və beynəlxalq ictimaiyyəti münaqişənin həllinə töhfə verməyə çağırıb.

Tədbir Almaniyada yaşayan azərbaycanlı pianoçu Elnarə İsmayılova və soprano Silke Hartştanqın ifasında konsert proqramı ilə davam edib. Onlar Azərbaycan və dünyanın korifey bəstəkarlarından nümunələr səsləndiriblər.

Sonda tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

Tədbirdə Almaniyada işgüzar səfərdə olan Azərbaycan Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət qurumlarının təmsilçiləri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniyanın siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri, bu ölkədə təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər.

1news.az

Paylaş:
430

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər