Paytaxtın bəzi hissələrində su təchizatı məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın bəzi hissələrində su təchizatı məhdudlaşdırılacaq

16:56 - 12 / 05 / 2016
Paytaxtın bəzi hissələrində su təchizatı məhdudlaşdırılacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar 13 may 2016-cı il tarixində saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 13 may 2016-cı il tarixində 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər