Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə Rusiya, ABŞ və Fransa XİN rəhbərləri iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə Rusiya, ABŞ və Fransa XİN rəhbərləri iştirak edəcək

17:27 - 12 / 05 / 2016
Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündə Rusiya, ABŞ və Fransa XİN rəhbərləri iştirak edəcək

Rusiya XİN rəhbəri Sergey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin 16 may tarixində Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçiriləcək görüşdə iştirakları gözlənilir.

“Belə bir görüş nəzərdə tutulur. Görüş zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq”, -deyə “İnterfaks” agentliyinə müsahibəsində RF XİN sədrinin müavini Qriqoriy Karasin bildirib.

Qeyd edək ki, daha əvvəl İrəvandakı diplomatik mənbə İnterfaksa bildirib ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tuta bilər.

Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri bəyan edib ki, “artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşmək zamanı çatıb”.

“Bizim xarici işlər nazirlərimiz gələn həftə Vyanada keçirilək bu görüşdə vasitəçi olmağa hazırdır”,- deyə bəyanatda bildirilir.      

Xatırladaq ki, ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar məsələsində əsas  vasitəçi olaraq qalmaqdadır. Lakin beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq bu münaqişə artıq 20 ildir ki, həll olunmamış qalıb.

Azərbaycan torpaqlarının 20 faizi- Dağlıq qarabağ və ona yaxın olan 7 rayon hələ də Erməni silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanın ərazilərimizdən qoşunlarını çıxarması ilə bağlı çağırış BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində ifadə olunub. Lakin Ermənistan tərəfi hələ də bu qətnamələrə etinasız yanaşır.

1news.az

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər