Azərbaycana metadon keçirmək istəyən İran vətəndaşı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana metadon keçirmək istəyən İran vətəndaşı saxlanılıb

19:42 - 12 / 05 / 2016
Azərbaycana metadon keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Gömrükçülər Azərbaycana külli miqdarda metadon keçirmək istəyən İran vətəndaşını saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşı  gömrükçülər tərəfindən saxlanılıb və  müvafiq qanunvericiliyə uyğun olaraq onun çantasına gömrük baxışı keçirilib. 

Yoxlama zamanı  çantadan içərilərində maye şəklində  müxtəlif maddələr olan 5 ədəd 1 litrlik plastmas qablar aşkar olunub. Üzərində Azərbaycan dilinə tərcümədə “çinar yarpağından çəkilmiş sirop” yazılmış 3 qabda sarımtıl rəngli xüsusi iyə malik olan su şəklində maddə,  üzərində  Azərbaycan dilinə tərcümədə “naringi  meyvəsindən çəkilmiş sirop”  yazılmış 1 ədəd  qabda şəffaf rəngli xüsusi iyə malik olan su şəkilində maddə, üzərində Azərbaycan dilinə tərcümədə “beymədaran bitkisindən çəkilmiş sirop” yazılmış 1 ədəd qabda isə şəffaf rəngli xüsusi iyə malik su şəkilində maddə  aşkar olunaraq protokol əsasında götürülüb.

 Gömrükçülərə verdiyi ilkin izahatında İran İslam Respublikasının vətəndaşı  əsəb xəstəliyindən əziyyət çəkdiyini və həmin qablardakı dərmanları qəbul etdiyini bildirib.

Lakin  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində aparılan fiziki-kimyəvi və biolojı ekspertiza nəticəsində “çinar yarpağından çəkilmiş sirop” yazılmış 3 ədəd 1 litrlik plastik qablardakı  mayenin  narkotik vasitə - metadon məhlulu olduğu müəyyən edilib. Aşkar olunan metadonun ümumi həcmi 2 litr 835 ml-dir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər