Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edəcək

16:25 - 13 / 05 / 2016
Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 20-də saat 11.00-da Ağstafa şəhərində vətəndaşları qəbul edəcək.

1news.az-a Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər