Polis bölməsində ölüm hadisəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis bölməsində ölüm hadisəsi

17:29 - 13 / 05 / 2016
Polis bölməsində ölüm hadisəsi

Bakıda polis bölməsində ölüm faktı qeydə alınıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib.

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov PB-nin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər