“Azərbaycanın ən zəkalı bir incisi” adlı bilik olimpiadasına qeydiyyat başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın ən zəkalı bir incisi” adlı bilik olimpiadasına qeydiyyat başlayıb

09:43 - 13 / 05 / 2016
“Azərbaycanın ən zəkalı bir incisi” adlı bilik olimpiadasına qeydiyyat başlayıb

“Galaxy Group” Təhsil Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 28-də respublikamızın dövlət və özəl ali məktəblərinin I, II və III kurs tələbələri arasında “Azərbaycanın ən zəkalı bir incisi” adlı bilik olimpiadası keçiriləcək.

1news.az-a ATGTİ-dən verilən xəbərə görə, “Multikulturalizm ili”nə və 28 May - Respublika Gününə həsr olunmuş olimpiada 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə ilk 100 yeri tutan iştirakçılar II mərhələdə iştirak edəcəklər.

Bakalavrlar mayın 5-dən 21-dək http://galaxy-group.info/?option=menu&id_menu=39 linkinə daxil olaraq “Olimpiadada iştirak haqqında elektron ərizə”ni doldurmalıdırlar. Ərizəni dolduran bakalavrlar mayın 23-dən 27-dək saytda iş nömrəsini və şifrəsini qeyd edərək buraxılış vərəqəsi əldə edəcəklər.

Qeyd olunub ki, tələbələr imtahana yalnız şəxsiyyət vəsiqəsi, tələbə bileti və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.

1news.az

Paylaş:
2498

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər